
Bakı. Trend:
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir
ki, Yavər Əliyev küçəsində qeydə alınan qəza zamanı piyada
vurulub.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin məlumatına görə, hadisə nəticəsində yaralanan var. Qəza
səbəbindən Bakıxanov qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı
yaranıb.
Polis əməkdaşları tərəfindən yolda zəruri tədbirlər görülür.