Rasmus Hoylunn “Napoli”yə keçir

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylunn İtaliyaya
qayıdır.

Trend xəbər verir
ki, “Napoli” danimarkalı forvardın transferi ilə bağlı razılıq əldə
edib.




İtaliya çempionu 22 yaşlı futbolçunu 6 milyon avro müqabilində 1
illik icarəyə götürəcək. Neapol klubu müqavilədə göstərilən
şərtlərə əsasən 44 milyon avro ödəməklə Hoylunnun transfer
hüquqlarına sahib ola biləcək.

Xatırladaq ki, “Mançester Yunayted” Rasmus Hoylunnu 2023-cü ilin
yayında “Atalanta”dan 77 milyon avroya transfer etmişdi. Danimarka
millisinin üzvü ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 52
oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir