
Bakı. Trend:
30 avqust saat 22:00-dan etibarən Azadlıq prospektindən
Neftçilər prospektinə çıxış “Formula 1” yarışları bitənədək
nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılacaq.
Trend xəbər verir
ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula
1” Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində
şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və
infrastruktur işləri ilə bağlıdır. Qeyd edək ki, məhdudiyyətlər
mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və
prospektlərdə də müəyyən dəyişikliklər olacaq.
Sürücülərdən hərəkət zamanı alternativ marşrutlardan istifadə
etmələrini xahiş olunur.
Bakı Şəhər Halqası yaranmış vəziyyətə görə şəhər sakinlərinin
göstərdiyi anlayışa görə öncədən təşəkkürünü bildirir.