Zelenski: Ukrayna Təhlükəsizlik Xidməti Parubiyin qətli ilə bağlı istintaqa cəlb olunub

Baş səhifə

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Ali Radanın sabiq spikeri Andrey Parubiyin qətli ilə bağlı istintaqa cəlb olunub.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

“Daxili işlər naziri, baş prokuror mütəmadi olaraq məruzə edir. Həmçinin Vasili Malyukla da danışmışam. Ukrayna Təhlükəsizlik Xidməti istintaqa cəlb olunub”, – Zelenski qeyd edib.

O bildirib ki, sabiq spikerin qətli “ətraflı şəkildə hazırlanıb”.

Xatırladaq ki, Andrey Parubiy avqustun 30-da Lvovda naməlum şəxs tərəfindən güllələnib. Atəş açan şəxs hadisə yerindən uzaqlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir