Hitrou hava limanında sərnişin saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Hitrou hava limanında “Saudia Airlines”
aviaşirkətinə məxsus təyyarədə insident baş verib.

Trend xəbər verir
ki, hadisə nəticəsində bir sərnişin polis tərəfindən
saxlanılıb.




Ciddə–London marşrutu ilə hərəkət edən “Boeing 787” tipli
təyyarə Hitrouya eniş etdikdən sonra sərnişinlərdən biri ekipaj
üzvü ilə mübahisə edərək onu yumruqla vurub və daha sonra
təyyarənin qapısını açmağa cəhd göstərib.

Hadisəyə pilotlar tərəfindən təcili yardım çağırılıb, yerinə
dörd yanğınsöndürən maşın, altı polis avtomobili və bir neçə təcili
tibbi yardım briqadası cəlb olunub. Sərnişinin aqressiv davranışı
digər sərnişinlərdə təşviş yaradıb, xüsusilə uşaqlı ailələr
arasında qorxu hissi müşahidə olunub. Polis insidentlə bağlı
sərnişini təyyarəni təhlükəyə atmaq şübhəsi ilə saxlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir