Daha bir təyyarə qəzası – 2 nəfər öldü

Baş səhifə

Almaniyanın Brandenburq əyalətinin Fleminq bölgəsində – Berlindən 75 kilometr cənubda kiçik təyyarə qəzaya uğrayıb.

Modern.az yerli mediaya istinadla xəbər verir ki, qəza nəticəsində qarğıdalı sahəsinə düşən təyyarədə olan hər iki sərnişin həlak olub.

Təyyarənin yaxınlıqdakı Raynsdorf aerodromundan havaya qalxdığı bildirilir. Qəza ilə bağlı araşdırma aparılır. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və təcili yardım briqadaları, eləcə də Almaniya Ordusuna məxsus helikopter cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir