Stokholmda Azərbaycanın Qarabağ müharibəsində Zəfərinin beşinci ildönümünə həsr olunmuş videokonfrans keçirilib

Baş səhifə

Bakı. Trend:

Avqustun 30-da İsveçin paytaxtı Stokholm şəhərində Azərbaycanın
Qarabağ müharibəsində Zəfərinin beşinci ildönümünə həsr olunmuş
“Zəfərin xronikası: Qalib xalqın Müzəffər lideri” mövzusunda
beynəlxalq videokonfrans keçirilib.

Trend xəbər verir
ki, 70-ə yaxın qonağın iştirak etdiyi tədbirin təşkilatçıları
qismində Dünya Azərbaycanlıları Beynəlxalq Fondu (İsveç), İsveç
Azərbaycanlıları Konqresi, Qafqaz Universiteti (Türkiyə), Türk
Dünyası Mədəniyyət və İncəsənət Nəşriyyatı (Türkiyə) çıxış
ediblər.

Konfransda Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun
həmtəsisçisi Emil Mirzəyev, bu fondun baş katibi professor Hikmət
Cavadov, Azərbaycan Respublikasının İsveç Krallığında səfirliyinin
əməkdaşı Orxan Nemətov, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin
direktoru Könül Eyvazova və başqaları çıxış ediblər.

Tədbir Azərbaycanın Qələbəsinin tarixi rolunun müzakirəsi, elm,
mədəniyyət və xalq diplomatiyası sahələrində beynəlxalq
əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevrilib.

Tədbir iştirakçıları qeyd ediblər ki, Qarabağda qazanılan Qələbə
xalqın birlik və iradəsi, öz Vətəninə sarsılmaz inamı sayəsində
mümkün olub, Azərbaycanın rəşadətli Ordusu isə cəsarətli və
qətiyyətli hərəkət edərək bu birliyi tarixi Zəfərə çevirə
bilib.

Vurğulanıb ki, Qələbənin qazanılmasında xüsusi rol özünü
islahatçı-lider kimi təsdiq etmiş, 1990-cı illərin əvvəlində əldə
olunmuş müstəqilliyi qoruyub saxlamaqla yanaşı, həm də XXI əsrdə
ölkənin inkişaf yolunu yenidən müəyyənləşdirmiş Prezident İlham
Əliyevə məxsusdur. Onun prezidentliyi əsası Heydər Əliyev
tərəfindən qoyulmuş siyasi bünövrəyə söykənən, eyni zamanda
iqtisadiyyatın şaxələndirilməsi, hərbi modernləşmə və fəal
diplomatik fəaliyyətin cəsarətli strategiyalarını həyata keçirən
ardıcıllıq və novatorluğun incə vəhdəti ilə seçilir.

Milli kimliyin qorunub saxlanmasına, vətənlə əlaqələrin
möhkəmləndirilməsinə, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasına fəal töhfə verən Azərbaycan
diasporunun Avropadakı roluna da diqqət yetirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir