
Bakı. Trend:
“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasındakı oyunlarının
təqvimi açıqlanıb.
Trend xəbər verir ki, Ağdam təmsilçisi turnirdə ümumilikdə 6
matçda iştirak edəcək.
Azərbaycan çempionu ev oyunlarını “Azərsun Arena”da keçirəcək.
Qeyd edək ki, mərhələdə 36 komanda iştirak edəcək və 1–22-ci
yerləri tutan komandalar 1/16 finala yüksələcək.
UEFA Gənclər Liqası
I tur
16 sentyabr. “Benfika” (Portuqaliya) – “Qarabağ”
II tur
1 oktyabr. “Qarabağ” – “Kopenhagen” (Danimarka)
III tur
22 oktyabr. “Atletik” (İspaniya) – “Qarabağ”
IV tur
5 noyabr. “Qarabağ” – “Çelsi” (İngiltərə)
V tur
25 noyabr. “Napoli” (İtaliya) – “Qarabağ”
VI tur
10 dekabr. “Qarabağ” – “Ayaks” (Niderland)