
Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında III turun daha 2 oyunu baş
tutub.
Trend xəbər verir
ki, gün “Zirə” – “Kəpəz” oyunu ilə start götürüb.
Görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. Paytaxt klubu
Gəncə təmsilçisinin qapısından 5 cavabsız top keçirib.
Ardınca “Araz-Naxçıvan” öz meydanında “Qəbələ”ni qəbul edib.
Elmar Baxşıyevin komandası erkən qol buraxsa da, fasiləyə kimi
üstünlüyü ələ keçirib və 2:1 hesabı oyunun sonuna qədər
dəyişməyib.