
Bakı. Trend:
ABŞ-nin Yuta ştatının Ali Məhkəməsi məhbusun ağlını itirməsi
səbəbindən edamını təxirə salıb.
Trend xəbər verir
ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
67 yaşlı Ralf Menzis 1986-cı ildə bir qadını oğurlamaq və qətlə
yetirməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilib. İndi
onun vəkilləri ölüm hökmünün ləğvini xahiş edirlər, çünki Menzis-də
demensiyanın inkişafı onun cəzanın səbəblərini anlamasına mane
olur.
AP-nin məlumatına görə, Yuta ştatında güllələnmə üsulu ilə edam
ştat Ali Məhkəməsi tərəfindən müvəqqəti olaraq dayandırılıb.
Müdafiə komandası məhbusun xəstəliyini əsas gətirərək cəzanın
ləğvində israr edir.

