
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi artıq Ukraynaya
yardım üçün pul xərcləmir və birbaşa hərbi texnika ilə təmin
etmir.
Trend xəbər verir
ki, bu barədə o, “Daily Caller” portalına müsahibəsində
danışıb.
Tramp deyib: “Biz bu müharibəyə yüz milyardlarla dollar
xərclədik. İndi biz NATO avadanlığı satırıq. Biz onu Ukraynaya
satmırıq. Müharibəyə daha pul xərcləmirik”.