A Seriyasında II turun oyunları davam edir

Baş səhifə

Bakı. Trend:

İtaliya A Seriyasının 2-ci turunda bir neçə maraqlı qarşılaşma
keçirilib.

Trend xəbər verir
ki, “Atalanta” səfərdə “Parma” ilə heç-heçə oynayaraq bir xalla
kifayətlənib.

“Bolonya” isə öz meydanında “Komo” üzərində minimal – 1:0
hesablı qələbə qazanıb.




Çempion “Napoli” doğma azarkeşləri önündə “Kalyari” ilə görüşdə
çətinliklə qalib gəlib. Antonio Kontenin komandası qələbə qolunu
90+5-ci dəqiqədə vurub.

“Roma” isə səfərdə “Piza”ya qalib gələrək turu 3 xalla başa
vurub.

İtaliya A Seriyası
20:30. Bolonya – Komo – 1:0
20:30. Parma – Atalanta – 1:1
22:45. Napoli – Kalyari – 0:0
22:45. Piza – Roma – 0:1