
Bakı. Trend:
Avropa Şurasının 53 yaşlı baş katibi Alen Berset xəstəxanaya
yerləşdirilib.
Trend xəbər verir
ki, bu barədə beynəlxalq təşkilatın saytında məlumat yayılıb.
Məlumatda qeyd olunur: “Onun vəziyyəti qorxulu deyil, lakin
ehtiyat tədbiri olaraq bir neçə gün müşahidə altında qalacaq”.
Bersetin xəstəxanada olması səbəbindən Bled Strateji Forumunda
iştirakı ləğv edilib. Onun gələn həftə üçün nəzərdə tutulan
tədbirlərdə iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.

