
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bu payızda keçiriləcək QUAD sammiti
üçün Hindistana nəzərdə tutulan səfərini ləğv edib.
Trend xəbər verir
ki, bu barədə “The New York Times” dövlət başçısının iş qrafiki ilə
tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp əvvəlcə Hindistanın baş naziri Narendra
Modini sammitdə iştirak edəcəyinə dair məlumatlandırıb, lakin
sonradan “planlarını yenidən nəzərdən keçirib”. Qərarın səbəbləri
açıqlanmayıb.
Nəşr əlavə edir ki, hazırda Modi Amerika lideri tərəfindən
“kənar adam” kimi qəbul olunur.