Braziliya fövqəladə BRİKS sammitinə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Braziliya rəhbərliyi ABŞ-ın təhdidləri fonunda videokonfrans
formatında keçirilə biləcək fövqəladə BRİKS sammitinə
hazırlaşır.

Trend xəbər verir
ki, bu barədə “Valor Economico” qəzeti məlumat yayıb.




Məlumata görə, hazırlıq işlərinə prezidentin baş müşaviri Selso
Amorim rəhbərlik edir. Braziliya prezidenti Luiz İnasiu Lula da
Silva sammitdə BRİKS üzvlərinin assosiasiya daxilində əməkdaşlığa
ABŞ tərəfindən edilən təhdidlərə qarşı birgə cavabını müzakirə
etmək niyyətindədir.

Bundan əlavə, Amorimin gələn həftə İkinci Dünya Müharibəsində
Qələbənin 80-ci ildönümündə iştirak üçün Çinə səfəri
planlaşdırılır. O, Pekində BRİKS ölkələrinin bir sıra xarici işlər
nazirləri ilə görüşlər keçirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir