Almaniyada Fələstinlə bağlı aksiyada on mindən çox insan iştirak edib

Baş səhifə

Almaniyanın Frankfurt şəhərində Fələstinin dəstəkləndiyi etiraz aksiyasında on mindən çox insan iştirak edib.

APA xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“United 4 Gaza” nümayişi çərçivəsində 10 min fələstinli fəal Frankfurtda yürüş edir”, – deyə məlumatda deyilir.

Məlumatda həmçinin qeyd olunub ki, əvvəlcə 5 min nəfərin iştirak edəcəyi elan edilsə də polis aksiyada on mindən çox iştirakçının olduğunu bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir