Alexandro Qarnaço “Çelsi”yə transfer olunub

Baş səhifə

Bakı. Trend:

Argentinalı vinger Alexandro Qarnaço İngiltərə klubları arasında
transfer olunub – o, “Mançester Yunayted”dən “Çelsi”yə keçib.

Trend xəbər verir
ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.




21 yaşlı futbolçunun müqaviləsi 2032-ci ilə qədər nəzərdə
tutulub. Jurnalist Fabrizio Romanonun məlumatına görə, transferin
dəyəri təxminən 40 milyon funt-sterlinq təşkil edib. Qeyd olunur
ki, transferin təşəbbüskarı da futbolçunun özü olub.

Qarnaço 16 yaşında “Atletiko”dan “Mançester Yunayted”ə gəlib və
klubun akademiyasının məzunudur. “Qırmızı şeytanlar”ın əsas
komandasındakı karyerası ərzində o, bütün turnirlərdə 144 oyunda
iştirak edib, 26 qol vurub və 22 məhsuldar ötürmə edib.