
Bakı. Trend:
2025-ci ilin yanvar-iyun ayları arasında ölkədə baş verən
yanğınlar nəticəsində 32 nəfər həlak olub.
Trend xəbər verir
ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi “Sakstat”
(Georgiastat) saytında hesabat yayımlayıb.
İlin birinci rübündə xəsarət alanların sayı 92 nəfər təşkil
edib.
Ümumilikdə, 2025-ci ilin ilk altı ayında Gürcüstanda 7 740
yanğın baş verib və 299 bina yanıb.
Qeyd olunur ki, Gürcüstanda yanğınların pik həddi 2017-ci ildə
qeydə alınıb: o zaman ölkədə 15 222 yanğın olub, 79 nəfər həlak
olub və 543 bina yanıb.

