La Liqada III turun daha 4 oyunu keçirilib

Baş səhifə

Bakı. Trend:

İspaniya La Liqasında 3-cü tur çərçivəsində daha 4 oyun baş
tutub.

Trend xəbər verir
ki, “Atletiko” səfərdə “Alaves”in qonağı olub.

Madrid təmsilçisi bu görüşdə də xal itirib. Qələbəyə həsrət
qalan Dieqo Simeonenin komandası ardıcıl ikinci dəfə heç-heçə
edib.




Madridin digər klubu “Real” isə turu 3 xalla başa vurub. Onlar
hesabda geri düşdükləri oyunda “Malyorka” üzərində qələbə
qazanıblar.

İspaniya La Liqası
19:00. Alaves – Atletiko – 1:1
21:00. Ovyedo – Real Sosyedad – 1:0
21:30. Jirona – Sevilya – 0:2
23:30. Real – Malyorka – 2:1