İsveçrə qızıl istehsalçıları ABŞ-də zavod açmaqdan imtina ediblər

Baş səhifə

Bakı. Trend:

İsveçrə qızıl istehsalçıları Donald Tramp administrasiyasının
təzyiqlərinə baxmayaraq, ABŞ-də yeni zavodlar açmaq niyyətində
deyillər.

Trend-in “Neue
Zürcher Zeitung” qəzetinə istinadən məlumatına görə, keçmiş
diplomat Tomas Borer qızıl emalının bir hissəsini ABŞ-yə köçürməyi
təklif etsə də, istehsalçılar bu ideyanı dəstəkləməyiblər.




Son vaxtlar İsveçrədən ABŞ-yə böyük həcmdə qızıl ixrac edilir
ki, bu da Vaşinqtonda narazılıq yaradıb. İddialara görə, ABŞ-nin
demək olar ki, bütün İsveçrə mallarına 39 faizlik rüsum tətbiq
etməsinin səbəblərindən biri də məhz budur.

İsveçrədə bir sıra siyasətçi və biznes nümayəndəsi qızıl
ixracına məhdudiyyətlərin tətbiqini və əlavə vergilərin qoyulmasını
müzakirə edirlər. Şirkətlər isə bildirirlər ki, “Swiss made” nişanı
İsveçrə qızılının keyfiyyət göstəricisidir və hasilatın xaricə
köçürülməsi bu imicə zərər vura bilər.