
Bakı. Trend:
İlon Maskın “xAI” startapı keçmiş əməkdaşı Syueçen Lini “Grok”
çatbotuna dair məxfi məlumatları mənimsəməkdə ittiham edərək
məhkəməyə müraciət edib.
Trend xəbər verir
ki, bu barədə “Reuters” məlumat yayıb.
Şirkətin açıqlamasına görə, 2024-cü ildən “xAI”də çalışan Li
kommersiya sirlərinə çıxış əldə edib və rəqib “OpenAI”yə keçməzdən
əvvəl faylları kopyalayıb.
Hazırda “xAI” Linin “OpenAI”də işə qəbulunun qadağan olunmasını,
həmçinin vurulan ziyana görə kompensasiya tələb edir.

