Tramp ABŞ-də seçki saxtakarlığının qarşısını almağa çalışacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkədə seçki saxtakarlığının
qarşısını almaq məqsədilə yeni fərman imzalamağa hazırlaşır.

Trend xəbər verir
ki, bu barədə dövlət başçısı “Truth Social” hesabında məlumat
paylaşıb.




“Hər seçkidə seçici vəsiqəsi olmalıdır, istisna yoxdur! Bununla
bağlı fərman imzalayacağam! Yalnız ağır xəstələr və uzaq məsafədə
xidmət edən hərbi qulluqçular üçün poçtla səsverməyə icazə
veriləcək. Qalan hallarda yalnız kağız bülletenlərdən istifadə
olunacaq”, – Tramp bildirib.

Ağ Ev rəhbəri ABŞ seçki sistemində islahatlar aparmaq niyyətində
olduğunu, poçt vasitəsilə səsvermənin isə saxtakarlıq üçün açıq
imkan yaratdığını vurğulayıb. Onun sözlərinə görə, bəzi ştatlarda
seçki məntəqələrində seçicilərin sənədləri demək olar ki,
yoxlanılmır.