
Bakı. Trend:
Misli Premyer Liqasında III tura bu gün baş tutacaq iki oyunla
yekun vurulacaq.
Trend xəbər verir
ki, əvvəlcə “Karvan-Yevlax” “Qarabağ”ı qəbul edəcək. Görüş saat
17:00-da başlayacaq.
“Karvan-Yevlax” hazırda 4 xalla turnir cədvəlinin beşinci
pilləsində qərarlaşıb. On birinci yerdə olan “Qarabağ”ın isə 0 xalı
var.
Turun son matçında “Sabah” evdə “İmişli” ilə üz-üzə gələcək.
Matçın start fiti saat 19:30-da səsləndiriləcək. “Sabah” turnir
cədvəlində 3 xalla altıncı yerdədir. Doqquzuncu olan “İmişli”nin
isə 1 xalı var.