Azərbaycanla Çin arasında dostluq və tərəfdaşlıq münasibətləri var – Hikmət Hacıyev

Baş səhifə

Tiencin.Trend:

Azərbaycanla Çin arasında dostluq və tərəfdaşlıq münasibətləri
var.

Trend xəbər verir
ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev Çinin Tiencin şəhərində jurnalistlərə
açıqlamasında deyib.

O qeyd ki, bu bu il cənab prezident İlham Əliyevin Çinə səfəri
zamanı imzalanmış müfəssəl strateji tərəfdaşlıq sənədləri əsasında
inkişaf etməkdədir.

“Bu gün Azərbaycan Çin əlaqələri bütün sahələrdə inkişaf edir.
Burada xüsusilə iqtisadi- ticari əlaqələri qeyd etmək istərdim. Biz
burada 40%-fən artıq artımı müşahidə edirik. Azərbaycan üzərindən
keçən və Türkiyənin də daxil olduğu Orta Dəhlizdə də Çin mallarının
daşınçasının artmasını müşahidə edirik. Siyasi baxımdan da
Azərbaycan və Çin birbirini dəstəkləyib”,-deyə H.Hacıyev qeyd
edib.