
Tiencin. Trend:
Zəngəzur dəhlizinin açılması Azərbaycan və Çin arasında
əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradacaq.
Trend xəbər verir
ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev Çinin Tiencin şəhərində jurnalistlərə
açıqlamasında deyib.
“Əməkdaşlığımızın digər mühüm sahəsi nəqliyyat
kommunikasiyalarıdır. Azərbaycan bizim ərazimizdən keçən və Çinin
“Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi olan Orta Dəhlizin
inkişafında əsas rol oynayır”, – deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, bu il Orta Dəhliz üzrə Çin yüklərinin
daşınmasının həcmi 40 faizdən çox artaraq onun Avrasiyada ən mühüm
nəqliyyat marşrutu kimi əhəmiyyətini gücləndirib.
“Hesab edirik ki, Ermənistan-Azərbaycan sülh prosesi və Zəngəzur
dəhlizinin açılması nəqliyyat əlaqələri üçün yeni imkanlar
yaradacaq”, – deyə o əlavə edib.

