
Bakı. Trend:
Bu gün futbol üzrə Misli Premyer Liqasında III tura yekun
vurulacaq.
Trend-in
məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Qarabağ” Şamaxı şəhər stadionunda
“Karvan-Yevlax”ın qonağı olacaq. Saat 17:00-da start götürəcək
görüşü Rəvan Həmzəzadə idarə edəcək.
Hazırda Yevlax təmsilçisi 4 xalla 5-ci pillədə qərarlaşıb.
Rəqibindən bir oyun az keçirən Ağdam klubunun isə xalı yoxdur və
11-ci sırada yer alıb.
Turun bağlanış oyunu “Bank Respublika Arena”da “Sabah”la
“İmişli” arasında keçiriləcək. Fərid Hacıyevin baş hakim olacağı
qarşılaşma saat 19:30-da başlayacaq.