
Tiencin. Trend:
Çin Azərbaycanın suveren inkişaf modelini dəstəkləyir.
Trend xəbər verir
ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Çinin Tiencin
şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə
görüşü zamanı deyib.
Çin Xalq Respublikasının Sədri ölkəmizin suveren inkişaf
modelinin Çin tərəfindən dəstəkləndiyini dedi, Çinin başqa
ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu
vurğuladı.