Prezident İlham Əliyev Qırğızıstan Prezidentini təbrik edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının
Prezidenti Zati-aliləri cənab Sadır Japarova təbrik məktubu
ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və
Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş
arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin rəhbərliyiniz altında qardaş Qırğızıstanda genişmiqyaslı
quruculuq işləri və islahatlar həyata keçirilərək sosial-iqtisadi
tərəqqi sahəsində sanballı uğurlar əldə olunmuşdur.

Ortaq mənəvi dəyərlər və tarixi-mədəni köklər ilə bir-birinə
bağlı olan ölkələrimiz arasında münasibətlərin hazırkı inkişaf
dinamikası məmnunluq doğurur.

Azərbaycan-Qırğızıstan əlaqələrinin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməsi xalqlarımızın sarsılmaz iradəsinin və
əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində əzmimizin
bariz təzahürüdür.

Əminəm ki, dostluq və qardaşlıq əlaqələrimizin xoş ənənələrini
yaşatmaq və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada
işbirliyimizi daha da genişləndirmək yolunda birgə səylərimizi
bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq
və rifah arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir