Prezident İlham Əliyev Malayziyanın Kralına təbrik məktubu ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Kralı Əlahəzrət
Sultan İbrahimə təbrik məktubu ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə
və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı
adından ən səmimi təbriklərimi və arzularımı çatdırıram.

Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya
dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan
əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur.

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz
arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada
əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt
üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə müvəffəqiyyətlər, dost Malayziya xalqına daim rifah və
firavanlıq diləyirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir