Prezident İlham Əliyev: Azərbaycan-Malayziya əməkdaşlığının genişlənməsi məmnunluq doğurur

Baş səhifə

Bakı. Trend:

Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya
dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan
əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur.

Trend xəbər verir
ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Malayziyanın
Kralı Sultan İbrahimə bu ölkənin milli bayramı – Müstəqillik Günü
münasibətilə ünvanlandığı məktubda yer alıb.

Dövlətimizin başçısı İlham Əliyev məktubunda Kral Sultan
İbrahimi və Malayziya xalqını öz adından və Azərbaycan xalqı
adından təbrik edərək bildirib: “Əminəm ki, xalqlarımızın iradəsinə
uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli
və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan
sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da
möhkəmlənəcəkdir”.

Azərbaycan Prezidenti əlamətdar gün münasibətilə Malayziyanın
Kralı Sultan İbrahimə cansağlığı, xoşbəxtlik, işlərində
müvəffəqiyyətlər, dost Malayziya xalqına daim rifah və firavanlıq
diləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir