
Moskvaətrafı Balaşiхa şəhərindəki anbarlarda güclü yanğın qeydə alınıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, alov yaxınlıqdakı binalara da keçib.
Anbarlarda tezalovlana bilən materialların olması yanğınsöndürənlərin işini çətinləşdirir.
Yanğının səbəbi hələlik məlum deyil. Yanğının sahəsi təqribən 4 min kvadratmetr təşkil edir. İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur.