“Araz-Naxçıvan” futzal klubunun Çempionlar Liqasında rəqibləri müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə
qazanan “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib.

Azərbaycan Futzal Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan
çempionu bu mərhələdə Rumıniyanın “Yunayted Qalati”, Lüksemburqun
“Differdanj” və Niderlandın “Tayqers Rormund” klubları ilə
qarşılaşacaq. Bu mərhələnin oyunları oktyabrın 28-dən noyabrın
2-dək Rumıniyada keçiriləcək.




Qeyd edək ki, “Araz-Naxçıvan” F qrupunda Şimali İrlandiyanın “Sparta Belfast” klubuna 9:1, Şotlandiya “Saltires” komandasına 7:2
və Avstriyanın “Ljuti Krajişniçi” kollektivinə 12:3 hesabı ilə
qalib gəlib.