Prezident İlham Əliyev Tiencində “Sichian Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri ilə görüşüb

Baş səhifə

Tiencin. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun
31-də Çinin Tiencin şəhərində “Sichian Sunsync Photovoltaic
Technology Co” şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşüb.

Trend xəbər verir
ki, görüşdə Azərbaycanla şirkət arasında gələcək əməkdaşlıq
məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Ələt Azad İqtisadi zonasında yaxın gələcəkdə günəş panellərinin
istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək
müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olundu.
Vurğulandı ki, burada istehsal ediləcək məhsulların böyük
hissəsinin dünya bazarlarına ixracı nəzərdə tutulur.

Sie İ ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını və
Azərbaycanla Çin arasında mövcud olan strateji əlaqələri nəzərə
alaraq məhz Azərbaycana investisiya qoymaq barədə qərara
gəldiklərini dedi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir