Cəlilabadda baş verən qəzada 2 yaşlı uşaq ölüb

Baş səhifə

Cəlilabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi şəhərin Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan “Opel” markalı minik avtomobili “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 2 yaşlı Nazlı Vahibzadə ölüb. Həmin nəqliyyat vasitəsində olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir