İdman gimnastlarımız Açıq kubokda medallar qazanıblar (FOTO)

Baş səhifə

Bakı. Trend:

25-29 avqust tarixlərində Belarus Respublikasının Mogilyov
şəhərində idman gimnastikası üzrə Açıq kubok təşkil olunub.

Gimnastika Federasiyasından Trend-ə verilən məlumata grə, yarışda ölkəmizi kişi
idman gimnastikası üzrə Rəsul Əhmədzadə, qadın idman gimnastikası
üzrə isə Dəniz Əliyeva, Nazənin Teymurova, Aytən Məmmədova, Leyla
Məmmədzadə, Albina Əliyeva, Aynaz Məcidzadə və Xədicə Abbaszadə
təmsil ediblər.




Gimnastlarımız uğurla çıxış edərək ölkəmizə medallarla
qayıdıblar:

Albina Əliyeva – qızıl medal (dayaqlı tullanma, 13.483 xal)
Rəsul Əhmədzadə – gümüş medal (sərbəst hərəkətlər, 13.050 xal);
bürünc medal (dəstəli at, 13.000 xal); bürünc medal (paralel
qollar, 12.875 xal)
Dəniz Əliyeva – gümüş medal (dayaqlı tullanma, 12.733 xal); bürünc
medal (sərbəst hərəkətlər, 11.733 xal)
Leyla Məmmədzadə – bürünc medal (dayaqlı tullanma, 12.883 xal)