Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Baş səhifə

Bakı. Trend:

31 avqust saat 23:00-dan etibarən Fikrət Əmirov küçəsinin Xəqani
və Nizami küçələri aralığındakı hissəsi vətəndaşların istifadəsi
üçün yerüstü piyada keçidinin quraşdırılması işləri ilə əlaqədar
yarışlar bitənədək nəqliyyata bağlı olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata
görə, ərazidə yerləşən velosiped zolaqları isə işlək olacaq.




Bildirilib ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində
keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə
hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində
aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır.
Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış
ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər
nəzərdə tutulur.

“Sürücülərdən və piyadalardan hərəkət zamanı alternativ
marşrutlardan istifadə etmələri xahiş olunur”, – deyə şirkətdən
bildiriblər.