İsrail Qəzzada HaMAS-ın sözçüsünü öldürüb – YENİLƏNİB

Baş səhifə

HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydə öldürülüb.

APA “Al-Arabiya”ya istinadən xəbəe verir ki, bu barədə Fələstinli mənbə bildirib.

Mənbə bildirib ki, İsaril Əbu Ubeydanın Qəzzada evini vurub. Onun ailə üzvləri meyitin yoxlanılmasından sonra öldüyünü təsdiq ediblər.

***

05:57

İsrail ordusu Qəzzada HƏMAS hərbi qanadının sözçüsü Əbu Ubeydəyə qarşı sui-qəsd təşkil edib.

APA xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası məlumat yayıb.

“Qəzza şəhərindəki əməliyyatın hədəfi HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydə olub”, – məlumatda deyilir.

Əməliyyatın nəticələri ictimaiyyətə açıqlanmayıb.