Xaçmazda güclü külək Olimpiya İdman Kompleksinin yaxınlığında yanğına səbəb olub – FOTO

Baş səhifə

Xaçmaz şəhərində, Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, İdman Kompleksinin yaxınlığında, “Şollar” su kəmərinin mühafizə zolağında başlayan yanğın 3 hektar ərazini əhatə edib.

Nəticədə kol-kos, müxtəlif ağaclar yanıb. Hadisə yerinə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın məhdudlaşdırılıb, fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Hazırda soyutma işləri görülür. Yanğına səbəb kimi külək nəticəsində elektrik naqilin qırılaraq otluq sahəyə düşməsi göstərilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir