Medianın İnkişafı Agentliyi və Sinxua Xəbər Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Çin
Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media
sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında
bildirilib.




“Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında media
sahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslanan
əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf
etdirilməsidir.

Sənəd informasiya və təcrübə mübadiləsini, ortaq maraq doğuran
layihələr üzrə birgə fəaliyyəti, eyni zamanda iclas, seminar,
praktiki məşğələ, təlim, konfrans və digər bu kimi tədbirlərin
təşkili, media sahəsinə məsul rəsmi şəxslərin və müvafiq
ekspertlərin səfərlərinin dəstəklənməsini nəzərdə tutur”, – deyə
qeyd olunub.