Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tiencində dövlət və hökumət başçılarının və xanımlarının şərəfinə ziyafətdə iştirak ediblər

Baş səhifə

Tiencin. Trend:

Avqustun 31-də “Tianjin Meijiang” Beynəlxalq konqres və sərgi
mərkəzində Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci
xanım Pen Liyuanın adından dövlət və hökumət başçıları və
xanımlarının şərəfinə ziyafət verilib və konsert proqramı təqdim
olunub.

Trend xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin
və birinci xanım Pen Liyuan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Sonra dövlət və hökumət başçıları və xanımları birgə foto
çəkdirdilər.