
Bakı. Trend:
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi qanadının mətbuat
katibi Əbu Ubeydəni məhv etməyə cəhd edib.
Trend-in
məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu
hökumətin həftəlik iclasında bildirib.
“Baş Təhlükəsizlik Xidməti və İsrail Müdafiə Qüvvələri birgə
əməliyyat zamanı HƏMAS-ın “mətbuat katibi” və bu şər təşkilatın
nümayəndəsi Əbu Ubeydəyə hücum edib”, – deyə B.Netanyahu
bildirib.
O qeyd edib ki, Əbu Ubeydənin öldürülməsi faktı hələ təsdiqini
tapmayıb.
“Yekun nəticəni hələ də bilmirik, ümid edirəm ki, o, artıq
aramızda deyil, amma gördüm ki, “HƏMAS”dan bu məsələyə münasibət
bildirəcək heç kim yoxdur. Deməli, gələcək saatlar və günlər
onların deyəcəklərini mütləq deyəcək”, – deyə baş nazir əlavə
edib.