Ağdamda baş verən qəzada 4 nəfər xəsarət alıb (FOTO)

Baş səhifə

Ağdam. Trend:

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ
bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndi ərazisində
baş verib.

Yüksək sürətlə hərəkətdə olan “Toyota” markalı avtomobil
idarəetməni itirərək yol kənarındakı elektrik xəttinə daha sonra
yolu kənarındakı beton hasara çırpılaraq hərəkətdə olan “KİA”
markalı avtomobillə toqquşub.




Qəza zamanı “Toyota” da olan sürücü də daxil olmaqla 4 nəfər
xəsarət alıb. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına
çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir