
Bakı. Trend:
Avtomatik stansiyalardan əldə edilən məlumata görə, bu gün axşam
saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava
şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan
1.8-2 dəfə artıqdır.
Trend xəbər verir
ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş
mühəndisi Rəna Allahverdiyeva bildirib. O qeyd edib ki, müşahidə
olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir,
cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə
daxil olub.
“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki
gün ərzində davam edəcəyi gözlənilir”.