
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində istixana ərazisində yanğın
baş verməsi barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb
olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam
edir.
Əlavə məlumat veriləcək.