Putinlə İlham Əliyev görüşəcək? – Peskovdan AÇIQLAMA

Baş səhifə

“Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında söhbətin baş tutması mümkündür; onların görüşmək imkanı olacaq.”

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ümidvaram ki, onların sabah ŞƏT-in iclası çərçivəsində görüşmək imkanı olacaq. Ən azı, belə bir fürsət olacaq”, – Peskov bildirib.

Qeyd edək ki, avqustun 31-dən sentyabrın 1-dək Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir və 20-dən çox xarici ölkə lideri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir