
Goranboyda baş vermiş qəzada xəsarət alanların sayı 7 nəfərə çatıb.
Bu barədə APA-nın yerli bürosu məlumat verib.
Hadisə zamanı xəsarət alanlardan birinin xəstəxanada öldüyü bildirilir.
***
20:40
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goran-Naftalan yolunun rayonun Balakürd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.