Goranboyda yol qəzası baş verib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat
qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə
qalması barədə məlumat daxil olub.

Trend xəbər verir
ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri cəlb edilib.




Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “Mercedes” və “VAZ 2107” markalı iki minik avtomobilinin
toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki
nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı
vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə
avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək
təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.