Tramp administrasiyası ABŞ-nin bir sıra şəhərlərində Milli Qvardiyanın yerləşdirilməsinə icazə verib

Baş səhifə

Bakı. Trend:

Tramp administrasiyası Milli Qvardiyanın böyük şəhərlərə
yerləşdirilməsinə icazə verib.

Trend xəbər verir
ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem CBS
telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Milli Qvardiya qoşunlarının Vaşinqton və
Çikaqodan başqa digər böyük şəhərlərdə də yerləşdirilməsi
planlaşdırılır. Çikaqoya mümkün yerləşdirmənin vaxtı barədə suala
cavab verən Noem, administrasiyanın cinayətkarlıqla mübarizə
əməliyyatları üçün əlavə resurslar ayırmağı nəzərdə tutduğunu
deyib, lakin planların detalları açıqlanmayıb.




Nazir həmçinin qeyd edib ki, Boston və San-Fransisko da daxil
olmaqla bir çox şəhərdə cinayət və zorakılığın artdığı müşahidə
olunur və bu səbəbdən heç bir variant istisna edilmir:
“Biz müdaxilə üçün resurslarımız və avadanlıqlarımızın hazır
olduğuna əmin olmağa çalışırıq”.

Noemin fikrincə, Çikaqo, Boston və San-Fransisko kimi böyük
şəhərlərin hakimiyyəti cinayətkarlıqla mübarizə səylərini
birləşdirmək üçün federal hökumətə müraciət etməlidir.