Avropalı liderlər Ukraynaya görə Parisə toplaşır

Baş səhifə

Avropanın aparıcı dövlətlərinin, NATO və Avropa Komissiyasının liderləri Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün sentyabrın 4-də Parisdə görüşəcəklər.

Metbuat.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə növbəti həftə Parisdə Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Almaniya kansleri Fridrix Merz, NATO-nun Baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Leyen bir araya gələcəklər.

Onlar Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir