Andre Onana “Mançester Yunayted”i tərk edə bilər

Baş səhifə

Bakı. Trend:

Çempionlar Liqasının əsas mərhələsində iştirak edən “Vilyarreal”
Onananı bir mövsümlük icarəyə götürməyi planlaşdırır.

Trend xəbər verir
ki, “The Sun”ın məlumatına görə, 29 yaşlı qapıçı İspaniyaya yollana
bilər.




Hazırda tərəflər arasında danışıqlar davam edir.

Kamerunlu qolkiperin “Mançester Yunayted” ilə müqaviləsi 2028-ci
il iyunun 30-na qədər qüvvədədir.